23:11
7°C
Bakı
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurası Yaxın Şərqdəki münaqişəni müzakirə etmək üçün növbədənkənar sessiya keçirəcək.
Moderator.az xəbər verir ki, bu barədə TASS təşkilatın mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
"Beynəlxalq Dəniz Təşkilatı Ərəb dənizi, Oman körfəzi və Fars körfəzində, xüsusilə də Hörmüz boğazında vəziyyətin gəmiçiliyə və dənizçilərə təsirini müzakirə etmək üçün öz Şurasının növbədənkənar sessiyasını keçirəcək. Sessiya martın 18-19-da İspaniya nümayəndəsi Viktor Himenesin sədrliyi ilə Londonda IMO-nun Baş qərargahında keçiriləcək", - bəyanatda bildirilib.