Laricani ABŞ-nin İranın enerji sistemini vuracağı təqdirdə, bölgənin “qaranlığa qərq olacağına” dair xəbərdarlıq edib
Dünya
178
18:40, Bu gün

Laricani ABŞ-nin İranın enerji sistemini vuracağı təqdirdə, bölgənin “qaranlığa qərq olacağına” dair xəbərdarlıq edib

İranın elektrik infrastrukturuna hücum olsa, bütün region qaranlığa qərq olacaq.

Moderator.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

O, ABŞ Prezidenti Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət bildirib.

Laricani qeyd edib ki, “əgər bunu etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq” və bunun nəticəsində yaranan qaranlığın “təhlükəsizlik üçün qaçan” Amerika hərbçilərinin təqibinə şərait yaradacağını vurğulayıb.

Xatırladaq ki, Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələyib.

Link kopyalandı!
Son xəbərlər