İranda bombalanan qızlar məktəbinin xarabalıqları muzeyə çevriləcək
Dünya
195
17:59, Bu gün

İranda bombalanan qızlar məktəbinin xarabalıqları muzeyə çevriləcək

İrana hücum prosesində Minab şəhərində 160-dan çox məktəbli qızın həlak olduğu təhsil mərkəzinin xarabalıqları memorial kompleksə çevriləcək.

Moderator.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın mədəni irs və turizm nazirinin müavini Əli Dərabi məlumat verib.

"Bu məktəb həlak olan qızların xatirəsinin qorunması məqsədi ilə muzey-memorial kompleksə çevriləcək. Həmin təhsil mərkəzi müharibə hadisələri barədə həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün mədəni irs obyektlərinin siyahısına daxil ediləcək", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gün - fevralın 28-də Minab şəhərindəki qızlar üçün məktəbə zərbə endirilib. Məlumata görə, raket zərbəsi nəticəsində yetkinlik yaşına çatmayanlar da daxil olmaqla azı 170 nəfər həlak olub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Link kopyalandı!
Son xəbərlər