Paşinyan: Gürcüstan tərəfdən xahiş olmayıb
Dünya
206
17:15, Bu gün

Paşinyan: Gürcüstan tərəfdən xahiş olmayıb

Gürcüstan tərəfdən xahiş və ya çağırış olmayıb, lakin digər tərəfdən bizim üzərində çalışdığımız ortaq gündəliyimiz var.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Avropa İttifaqı-Gürcüstan münasibətlərindən niyə bəhs etdiyinə aydınlıq gətirərkən deyib.

O, Avropa Parlamentinin tribunasından narahatlığını ifadə etdiyini vurğulayıb.

"Çünki biz Avropa İttifaqı və Gürcüstan arasındakı vəziyyətdən həqiqətən də narahatıq", - Paşinyan əlavə edib.

Qeyd edək ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, Ermənistanın Aİ-yə inteqrasiyasına ən böyük maneələrdən biri qurumla Gürcüstan arasında siyasi dialoqun dondurulmasıdır. O, Aİ və Gürcüstan arasında konstruktiv prosesin inkişaf etdirilməsini xahiş edib.

Link kopyalandı!
Son xəbərlər