Maduronun hansı şəraitdə CƏZA ÇƏKDİYİ AÇIQLANDI
Dünya
366
16:50, Bu gün

Maduronun hansı şəraitdə CƏZA ÇƏKDİYİ AÇIQLANDI

Venesuelanın sabiq lideri Nikolas Maduro ABŞ-nin Bruklin həbsxanasında təxminən 6 kvadratmetr ölçüdə dar təcridxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri məlumat yayıb.

Bildirilib ki, rəsmi olaraq bu cür kameralar bir neçə məqsədə xidmət edir: intizam təcridi, intiharların qarşısının alınması, xüsusilə təhlükəli və ya risk qrupunda olan məhkumların qorunması.

"Sözügedən təcridxana demək olar ki, daimi təcrid şəraitində saxlanma deməkdir. Kamera təxminən üç metr uzunluğunda və iki metr enində dar bir məkandır, metal çarpayı, tualet, lavabo (tualet və ya mətbəxlərdə əl-üz yumaq üçün santexnika qurğusu) və çox az təbii işıq buraxan dar pəncərə ilə təchiz olunub", - deyə nəşr bildirib.

Məlumata görə, məhkumlara həftədə üç dəfə qandallı və iki mühafizəçi müşayiəti ilə bir saat müddətinə çölə çıxmağa icazə verilir.

Bu müddət ərzində onlar duş ala, telefondan istifadə edə, nəzarət altında elektron poçtu yoxlaya və ya hasarlanmış kiçik həyətə çıxa bilərlər.

Link kopyalandı!
Son xəbərlər