“Krokus”da terror aktı törədənlərə ömürlük cəza verildi
Dünya
335
15:30, Bu gün

“Krokus”da terror aktı törədənlərə ömürlük cəza verildi

Rusiyada məhkəmə 22 mart 2024-cü ildə “Krokus-siti” konsert və əyləncə kompleksində terror aktı törədən dörd terrorçunu ömürlük həbs cəzasına məhkum edib.
 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, qərar Moskva Şəhər Məhkəməsində keçirilən hərbi məhkəmənin səyyar məhkəmə iclasları zamanı verilib. İş üzrə ümumilikdə 19 nəfər təqsirli bilinib. Məhkəmə dörd cinayətkardan - Şəmsiddin Fariduni, Məhəmmədsobir Fayzov, Dalerdjon Mirzoyev və Murodali Səidakram Rəçabalizodadan əlavə, onlara nəqliyyat və mənzil təminatında kömək edənlərin, eləcə də terrorçulara kömək etməkdə və Dağıstanın Kaspiysk şəhərində oxşar hücumu hazırlamaqda ittiham olunan bir qrup təqsirləndirilən şəxsin rolunu araşdırıb.
 
Təqsirləndirilən şəxslərin, demək olar ki, hamısı günahlarını etiraf edib və peşmançılıqlarını ifadə ediblər, lakin məhkəmədəki zərərçəkənlərin nümayəndələri onların səmimiyyətinə şübhə ilə yanaşıblar. Cinayətkarlardan biri olan Səidakrami Rəcəbalizoda terrorizmdə günahını inkar edib və atışmanı radikal islam hərəkatına bağlılığı ilə əlaqələndirib.
 
Ömürlük həbs cəzası almayan təqsirləndirilən şəxslər ayrı-ayrı cəzalar alıblar. Təqsirləndirilən şəxslərin yaşadığı mənzilin sahibi iş adamı Əlişir Qasımov 22,5 il həbs cəzası alıb. Terrorçulara maşın satan Dilovar İslamov, onun atası İsrail və qardaşı Aminçon isə 19 il 11 ay həbs cəzası alıblar.
 
Konsert zalına hücum “Piknik” qrupunun çıxışından əvvəl baş verib: silahlı şəxslər foyedə atəş açaraq binanı yandırıblar. Müstəntiqlərin məlumatına görə, 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 609 nəfər yaralanıb. Ümumi ziyan təxminən 6 milyard rubl təşkil edib.
 
Onu da qeyd edək ki, “Krokus-siti” azərbaycanlı iş adamları Araz və Emin Ağalarova məxsus olub.
 
Link kopyalandı!
Son xəbərlər