G7-dən təcili müdaxilə: İrandakı gərginlik fonunda gəmilər xüsusi müşayiətə alına bilər
Dünya
169
13:05, Bu gün

G7-dən təcili müdaxilə: İrandakı gərginlik fonunda gəmilər xüsusi müşayiətə alına bilər

G7 - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ və Aİ - nümayəndələri Yaxın Şərqdəki müharibənin iqtisadi nəticələrini müzakirə etmək üçün çərşənbə günü videokonfrans rejimində görüşüblər.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN videokonfransın press-relizinə istinadən məlumat yayıb.
 
"G7 təhlükəsizlik şərtləri imkan verdikdə gəmilərin müşayiət olunması imkanını öyrənir, çünki İranla müharibə təchizat zəncirlərini pozur və gəmiçiliyi təhlükə altına alır", - deyə görüşün press-relizində bildirilir.
 
Qeyd olunur ki, hər hansı səy gəmiçilik şirkətləri, daşıyıcılar və sığortaçılarla müzakirə olunacaq.
 
ABŞ kəşfiyyat məlumatlarından xəbərdar olan CNN mənbələri bildiriblər ki, İran faktiki olaraq dünya enerjidaşıyıcıları təchizatı üçün əsas dəniz yolu olan Hörmüz boğazını bağlayıb, üstəlik, orada minalar yerləşdirib.
 
"G7 müharibənin iqtisadi nəticələri üzrə, o cümlədən fermerlərə təsir və ərzaq təhlükəsizliyi də daxil olmaqla, Fars körfəzi ölkələri ilə öz fəaliyyətini əlaqələndirməyə çalışacaq", - press-relizdə qeyd olunub.
 
Link kopyalandı!
Son xəbərlər