Bizi sosial şəbəkələrdən izləyin:
2023-cü ildə Federal Təhqiqatlar Bürosunun (FTB) məlumat bazasına sızan əcnəbi haker ABŞ rəsmilərini maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədləri yaymaqla hədələyib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, haker hüquq-mühafizə orqanlarının serverinə daxil olduğunu anlamayıb.
"Haker cihazda uşaqlara aid etik olmayan şəkillərin olmasından ikrah hissi keçirdiyini bildirib və sahibini FTB-yə təhvil verməklə hədələyən mesaj göndərib", - deyə nəşrdə qeyd olunub.
Bildirilir ki, FTB agentləri artıq hakerlə videokonfrans keçirib, vəziyyəti düzəltmək üçün ona şəxsiyyət vəsiqələrini göstəriblər. Hakerin şəxsiyyəti və yeri isə hələ məlum deyil.