Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlar şiddətlənərsə, İranın elektrik şəbəkəsini bir saat ərzində məhv etməklə hədələyib.
Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.
"Biz Tehranın ərazilərinə və digər nöqtələrə zərbə endirə bilərik. Əgər bu baş verərsə, onların ölkəni yenidən qurması faktiki olaraq mümkün olmayacaq. Amma biz bunu istəmirik", - deyə ABŞ lideri Vaşinqton yaxınlığındakı "Endryus" Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ eyni vaxtda İranın elektrik şəbəkəsinə zərbə endirə bilər. "Biz onların elektrik şəbəkəsini bir saat ərzində məhv bilərik. Onu yenidən qurmaq isə 25 il lazım olacaq", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, son 2 gündə İran bir neçə dəfə İsrail və Körfəz ölkələrində elektrik stansiyalarına zərbə endirməyə çalışıb.