KİV: Yaxın Şərqdə gərginlik turizmə gündə 600 milyon dollar ziyan vurur
Dünya
203
08:55, Bu gün

KİV: Yaxın Şərqdə gərginlik turizmə gündə 600 milyon dollar ziyan vurur

Yaxın Şərq regionda hava məkanlarının bağlanması, təxirə salınan uçuşlar və İrandakı mövcud gərginlik səbəbindən yaranan sərnişin təşvişi turizm sektoruna hər gün 600 milyon dollar həcmində ziyan vurur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
 
Ümumdünya Səyahət və Turizm Şurasının rəhbəri Qloriya Gevara vurğulayıb ki, hətta ən qısa fasilələr belə bölgənin turizm obyektləri və şirkətləri üçün ciddi iqtisadi itkilərlə nəticələnə bilər.
 
Mütəxəssislərin proqnozlarına əsasən, 2026-cı ildə əcnəbi ziyarətçilərin Yaxın Şərq ölkələrində xərcləyəcəyi vəsaitin miqdarı təqribən 207 milyard dollar təşkil edəcək. Bu göstərici ötən illərin nəticələri ilə müqayisədə xeyli azalma ehtimalını ifadə edir.
 
Həmçinin qeyd olunur ki, əvvəllər bölgədəki hərbi münaqişələrdən sonra turizm hərəkətliliyi bir neçə dəfə yenidən canlanıb. Hotel sektoru üzrə təhlillər aparan "CoStar" şirkətinin hesabatına görə, 2025-ci ilin sentyabrında Dohaya edilən hava hücumundan sonra gəlirlərdə birhəftəlik kəskin geriləmə müşahidə olunsa da, cəmi bir ay ərzində vəziyyət əvvəlki normasına qayıdaraq bərpa edilib.
 
Link kopyalandı!
Son xəbərlər