Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
Dünya
550
11 Mar 2026 | 23:10

Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik

ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kentaki ştatına getməzdən əvvəl jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ABŞ əvvəl etdiyindən daha çox edəcək: "Biz bunun nəyə gətirib çıxaracağına baxacağıq. İranın donanması və hərbi aviasiyası qalmayıb. Biz onların donanmasını, Hərbi Hava Qüvvələrini, bütün hava hücumundan müdafiəsini, 60 mina qayığını məhv etdik".

"Biz daha sərt hərəkət edə bilərik. Əgər biz onlara zərbə endirsək, onları elə bu gün, bir saat ərzində məhv edə bilərdik, onlar heç vaxt bərpa oluna bilməzdilər", - Tramp deyib.

Ən böyük enerji şirkətlərinin yükdaşımalar üçün Hörmüz boğazından istifadə etməsi ilə bağlı suala cavabında ABŞ Prezidenti deyib ki, onlar yükdaşımaları bərpa etməlidirlər: "Düşünürəm ki, onlar bunu etməlidirlər. Boğazdan istifadə etməlidirlər".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər