Dünya
174
11 Mar 2026 | 23:00

"Dünyanın ən varlı insanları - 2026" - "Forbes"

"Texnologiya və süni intellekt bumunun təsiri ilə milyarderlərin sərvəti rekord səviyyəyə çatıb..."

"Forbes" jurnalının 2026-cı ilin reytinqinə görə, dünyada rekord sayda - 3428 milyarder var. Bu, əvvəlki illə müqayisədə təxminən 400 nəfər çoxdur. 

Moderator.az xəbər verir ki, bu barədə "forbes.com" nəşri yazıb.

Dünyanın ən varlı insanlarının ümumi sərvəti 20,1 trilyon dollara çatıb. Ekspertlər bu artımı süni intellekt texnologiyalarının sürətli inkişafı, fond bazarlarının yüksəlişi və bir sıra ölkələrdə biznes üçün əlverişli iqtisadi siyasətlə əlaqələndirirlər.

Milyarderlərin sayına görə lider yenə ABŞ-dır - ölkədə 989 milyarder yaşayır və onların 15-i ilk 20-likdədir. İkinci yerdə Çin (610 nəfər), üçüncü yerdə isə Hindistan (229 nəfər) qərarlaşıb.

Texnologiya milyardlərinin üstünlüyü

2026-cı ilin ən varlı insanı yenidən İlon Maskdır. Onun sərvəti 839 milyard dollar qiymətləndirilir. Artım əsasən "SpaceX" kosmik şirkəti və "xAI" süni intellekt startapının birləşməsi nəticəsində baş verib. İkinci və üçüncü yerləri isə "Google"un həmtəsisçiləri Larri Peyc (257 milyard dollar) və Sergey Brin (237 milyard dollar) tutur.

Dördüncü pillədə Ceff Bezos (224 milyard dollar) qərarlaşıb. O, son illərdə əsas diqqətini süni intellekt sahəsində yeni layihələrə yönəldib. Beşinci yerdə isə Mark Zukerberq (222 milyard dollar) dayanır. "Meta Platforms" şirkətinin rəhbəri olan Zukerberq sosial şəbəkələrdən əlavə süni intellekt və "ağıllı eynəklər" kimi texnologiyalara da investisiya qoyur.

Altıncı pillədə Larri Ellison (190 milyard dollar) - «Oracle Corporation»ın sahibi, yeddinci pillədə Bernard Arnо və ailəsi (171 milyard dollar) - «LVMH» imperiyasının rəhbəri, səkkizinci pillədə isə Censen Huanq (154 milyard dollar) - "Nvidia"nın yaradıcısı yer alır. İlk onluğu Uorren Baffet (149 milyard dollar) və "Zara"nın yaradıcısı Amansio Orteqa (143 milyard dollar) tamamlayır.

Ekspertlər bildirir ki, qlobal sərvətin əsas mənbəyi artıq ənənəvi sənaye deyil, texnologiya və süni intellektdir. Bu sahədə lider olan şirkətlər və onların qurucuları dünya iqtisadiyyatının əsas qaliblərinə çevrilir.

Pərakəndə ticarət imperiyası: Uolton ailəsi

Reytinqin ikinci onluğunda diqqət çəkən fiqurlardan biri ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Walmart" imperiyasının varisləridir. 11-ci pillədə Rob Uolton (146 milyard dollar) qərarlaşıb.

O, atasının ölümündən sonra 1992-ci ildə "Walmart"ın idarə heyətinin sədri olub və bu vəzifədə 23 il çalışıb. Rob Uolton və ailəsi şirkətin təxminən yarısına nəzarət edir. 2022-ci ildə Rob Uolton ailəsi ilə birlikdə ABŞ-ın məşhur NFL klublarından biri olan "Denver Broncos"u rekord qiymətə - 4,65 milyard dollara alıb.

12-ci pillədə Cim Uolton (143 milyard dollar) - ailəyə məxsus "Arvest Bank"ın rəhbərlərindən biri və uzun illər "Walmart"ın idarə heyətində çalışıv. Alis Uolton (14-cü yer, 134 milyard dollar) isə daha çox xeyriyyəçilik və incəsənət fəaliyyətləri ilə tanınır. O, Arkanzas ştatında yerləşən "Crystal Bridges Museum of American Art"ın yaradıcısıdır.

Texnologiya və biznes sahəsinin liderləri

Maykl Dell (13-cü pillə, 141 milyard dollar) - "Dell Technologies" şirkətinin qurucusu və rəhbəridir. 1990-cı illərdə fərdi kompüterlərin sifarişlə yığılması modelini tətbiq edərək şirkəti texnologiya sektorunda liderə çevirmişdir.

Stiv Balmer (15-ci pillə, 126 milyard dollar) - uzun illər "Microsoft"a rəhbərlik etmiş, MS-DOS və "Windows" məhsullarının inkişafında mühüm rol oynamışdır.

Maykl Blumberq (18-ci pillə, 109 milyard dollar) - "Bloomberg LP"nin yaradıcısıdır. Şirkət maliyyə məlumatları, analitika və xəbər sahəsində dünyanın ən böyük platformalarından biridir.

Kriptovalyuta, telekommunikasiya və dünyanın ən varlı qadını

Karlos Slim (16-cı pillə, 125 milyard dollar) - Meksikanın ən zəngin şəxsi, "America Movil" telekommunikasiya şirkətinin nəzarətçisidir və müxtəlif sənaye sahələrinə investisiya qoyur.
Çanqpen Çao (17-ci pillə, 110 milyard dollar) - dünyanın ən böyük kriptobirjalarından biri olan "Binance" platformasının yaradıcısıdır.

Bill Qeyts (18-ci pillə, 108 milyard dollar) - "Microsoft"un həmtəsisçisi, son illərdə xeyriyyəçilik və qlobal sağlamlıq layihələrinə diqqət yetirir.
İlk iyirmilikdə həmçinin Fransuaza Betankur-Meyers (20-ci pillə, 100 milyard dollar) - «L'Oreal" imperiyasının əsas varislərindən biridir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər