00:56
5°C
Bakı
Yaxın Şərqdəki müharibə səbəbindən əsas gəmiçilik marşrutunun faktiki olaraq bağlandığına dair məlumatlara baxmayaraq, İranın Hörmüz boğazında dəniz minaları yerləşdirdiyinə dair nə tərəfdaşlardan, nə də öz xidmətlərimizdən heç bir təsdiq yoxdur.
Moderator.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
O əlavə edib ki, ABŞ və İsrailin İslam Respublikasına hücumları nəticəsində İranın hərbi imkanları zəifləyib, lakin sıfra endirilməyib:
“İranın ballistik raket imkanları artıq ciddi şəkildə zədələnib, lakin ölkə regiondakı bir neçə dövlətə hücum etməyə davam edir, ona görə də onun imkanları sıfra endirilməyib”.
Qeyd edək ki, İranın Hörmüz boğazını minaladığı haqda iddia yayılıb.