23:30
6°C
Bakı
Dizayner Harris Rid "Nina Ricci" şirkətinin kreativ direktoru vəzifəsini tərk edib.
Moderator.az bu barədə "Vogue Business"ə istinadən xəbər verir.
H.Rid öz şəxsi brendinin və fərdi layihələrinin inkişafına diqqət yetirmək qərarına gəlib.
Ondan sonra bu postu tutacaq dizaynerin adı hələlik şirkət tərəfindən açıqlanmır.
"Mən bütün qəlbimlə "Nina Ricci"ni və bu qeyri-adi komandanı sevdim. Bu təcrübə əbədi olaraq mənim üçün dərin şəxsi bir mərhələ olaraq qalacaq və mən bununla hədsiz qürur duyuram. İndi bütün enerjimi yeni, inanılmaz dərəcədə həyəcanverici mərhələyə qədəm qoyan öz brendimə yönəltməyin vaxtıdır", - deyə H.Rid bildirib.