Britaniya Bryanska hücum üçün hədəfləri göstərib - Rusiya
Dünya
143
21:20, Bu gün

Britaniya Bryanska hücum üçün hədəfləri göstərib - Rusiya

Ukrayna Silahlı Qüvvələrinin Bryanska zərbəsi Böyük Britaniya mütəxəssislərinin iştirakı olmadan mümkün deyildi, hədəflər Britaniya kəşfiyyatı tərəfindən müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin məlumatında bildirilib.

"Ukrayna Baş Qərargahının məlumatına görə, zərbə Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə həyata keçirilib. Onlar Böyük Britaniyada istehsal olunub, pulu Britaniya vergi ödəyiciləri tərəfindən ödənilib və “banderalılara” təhvil verilib. Bu raketlərin operatorları Britaniya təlimi alıb və Britaniya kəşfiyyatı onlara hədəflər təyin edib. Aydındır ki, Britaniya mütəxəssislərinin iştirakı olmadan bu zərbə mümkün olmazdı”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər ölüb, azı 13 nəfər yaralanıb. Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.

Link kopyalandı!
Son xəbərlər