Xorvatiya prezidenti Avropa Komissiyasının rəhbərini sərt tənqid etdi
Dünya
135
20:17, Bu gün

Xorvatiya prezidenti Avropa Komissiyasının rəhbərini sərt tənqid etdi

Xorvatiya Prezidenti Zoran Milanoviç bəyan edib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen seçkidə iştirak etmədiyi üçün siyasətçi yox, sadəcə məmurdur.

Moderator.az xəbər verirki, bu barədə TASS məlumat yayıb.

"Fon der Lyayen Avropaya rəhbərlik etmək istəyir, lakin o, siyasət adamı deyil, bürokratdır. O, heç bir yerdə seçilməyib və Avropa Parlamentinə namizədliyini irəli sürməyib. Avropa sazişləri olduğu kimi qalıb, dəyişikliyə məruz qalan ancaq hakimiyyətin qəsb edilməsidir",- deyə Milanoviç qeyd edib.

Dövlət rəhbəri onu da vurğulayıb ki, Xorvatiyada prezident vətəndaşların səsverməsi yolu ilə seçilsə də, onun səlahiyyət çərçivəsi məhduddur: "Mövcud sistemə görə, siyasətə müdaxilə etmək niyyətində deyilsinizsə, kənarda qalın".

Link kopyalandı!
Son xəbərlər