21:42
6°C
Bakı
"İran yaxın günlərdə cavab zərbələri üçün yeni növ raketlərdən istifadə edə bilər".
Moderator.az IRIB-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini, general Əli Fədəvi bildirib.
"Bizim suyun altından buraxılan və sürəti saniyədə 100 metr olan raketlərimiz var, bəlkə də yaxın günlərdə biz onlardan istifadə edəcəyik", - deyə o, İran dövlət teleradio şirkətinin efirində vurğulayıb.