Aİ Livana 100 milyon avro humanitar yardım ayırır
Dünya
245
19:47, Bu gün

Aİ Livana 100 milyon avro humanitar yardım ayırır

Avropa İttifaqı Livana 100 milyon avro humanitar yardım ayırır.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

Aİ lideri Livan Prezidenti Cozef Aunla telefon danışığı apardığını, Avropanın Livan və onun xalqı ilə həmrəyliyini ifadə etdiyini qeyd edib.

“Biz 100 milyon avro dəyərində humanitar yardım göstəririk. Dünən 40 tondan çox təchizat çatdırdıq və daha çox humanitar uçuşlar təşkil etməyi planlaşdırırıq”, - Leyen əlavə edib.

AK Prezidenti Livan hökumətinin Hizbullah-ın hərbi fəaliyyətlərini qadağan etmək qərarını alqışladığını vurğulayıb:

“Hökumətin Hizbullah-ın hərbi fəaliyyətlərini qadağan etmək qərarını və bütün düşmənçiliklərə son qoymaq çağırışını alqışlayıram. Biz Livan xalqı üçün suveren və sabit bir ölkə təmin etməliyik”.

Link kopyalandı!
Son xəbərlər