20:26
7°C
Bakı
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas öz "X" hesabında məlumat verib.
Bildirilib ki, məhdudlaşdırıcı tədbirlər 19 məmur və təşkilatı əhatə edib və Brüssel onların insan haqları ilə bağlı ciddi pozuntulara görə məsuliyyət daşıdıqları qənaətindədir.
Kaya Kallasın sözlərinə görə, Aİ davam edən münaqişə fonunda öz maraqlarını qorumaq və İran daxilində baş verən hadisələrə görə məsuliyyət daşınmasına nail olmaq niyyətindədir.