20:07
7°C
Bakı
İranın paytaxtı Tehranın İnqilab meydanında ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən İran generallarının dəfn mərasimi keçirilir.
Moderator.az-ın xəbərinə görə, bu barədə İranın dövlət televiziyası məlumat verir.
Məlumata görə, minlərlə insan meydana toplaşıb. Mərasim zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi dəfn olunacaq.
Paytaxtın bir çox sakini İran bayraqları ilə anım mərasiminə gəliblər, həmçinin İsrail və ABŞ əleyhinə şüarlar səsləndirilib.