Ağ Ev ətrafında insident
Dünya
139
18:17, Bu gün

Ağ Ev ətrafında insident

ABŞ-də Ağ Evin ətrafındakı küçələr müvəqqəti olaraq bağlanıb. Buna səbəb şübhəli nəqliyyat vasitəsinin Ağ Evin qapılarına çırpılması olub.

Moderator.az-ın xəbərinə görə, bu barədə "CBS News" nəşrinin jurnalisti Jennifer Ceykobs sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, avtomobil Ağ Evin şimal tərəfindəki Konnektikut-avenyu və Eyç-strit ərazisində qapılara çırpılıb. Xəsarət alanın olmadığı bildirilir.

Ağ Evin ərazisinə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib.

İddia edilir ki, nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və ABŞ Gizli Xidməti tərəfindən dindirilir.

Link kopyalandı!
Son xəbərlər