19:15
7°C
Bakı
"İran 39-cu dalğa zamanı Fars körfəzində ABŞ-nin bazalarına çoxsaylı raketlərlə hücum edib".
Moderator.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, bu açıqlamanı İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) yayıb.
"Bu dalğada cinayətkar və terrorçu ABŞ ordusunun Fars körfəzi bölgəsindəki bazaları "Emad", "Xorrəmşəhr" və "Qədr" kimi ağır ballistik raketlərlə məhv edilib", - deyə açıqlamada qeyd olunub.