18:44
8°C
Bakı
Rusiya Silahlı Qüvvələri Xersonda (Ukrayna) PUA ilə avtobusa hücum edib, nəticədə 19 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin "Telegram" kanalına istinadən məlumat yayıb.
Məlumata görə, marşrut avtobusuna endirilən zərbə nəticəsində 19 nəfər, o cümlədən 17 yaşlı yeniyetmə xəsarət alıb. Yaralılardan azı birinin vəziyyəti kritikdir.