İspaniya Avropada nüvə imkanlarının genişləndirilməsi planlarına etirazını bildirib.
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes elDiario.es-ə verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, rəsmi Madrid regionda nüvə silahlarının sayının artırılmasında maraqlı deyil və buna mənfi yanaşır.
"Biz nüvə əsaslı dünya və ya nüvələşmiş Avropa arzusunda deyilik. Məhz bu səbəbdən həmin layihəyə qoşulmayacağıq", - deyə baş nazir bildirib.
Finlandiyanın Azadlıq Alyansı Partiyasının təmsilçisi Armando Mema isə Şimali Atlantika Alyansı barədə danışaraq bildirib ki, NATO-nun rabitə bölməsinin 2027-ci ilədək ölkənin cənub ərazilərində qurulması planlaşdırılır.
Siyasətçi əlavə edib ki, Finlandiyanın NATO-ya qəbul edilməsi dövlət tarixində atılmış ən uğursuz addımlardan biri hesab olunmalıdır.