Rumıniyada ABŞ-nin əlavə hərbi qüvvələr yerləşdirməsinə RAZILIQ VERİLDİ
Dünya
187
16:57, Bu gün

Rumıniyada ABŞ-nin əlavə hərbi qüvvələr yerləşdirməsinə RAZILIQ VERİLDİ

Rumıniya İrandakı əməliyyatları dəstəkləmək üçün Mixail Koqelniçanu aviabazasına əlavə ABŞ təyyarələri və qoşunlarının yerləşdirilməsinə razılıq verib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Müdafiə Şurasının iclasından sonra açıqlama verib.

"Söhbət təyyarə-yanacaqdolduruculardan, monitorinq avadanlığından, "Deveselu" raketdən müdafiə sistemi ilə əlaqəli peyk rabitə avadanlığından gedir", - deyə prezident bildirib.

Ölkə başçısı avadanlığın yerləşdirilməsi üçün parlamentin təsdiqinin tələb olunduğunu və məsələnin bu gün müzakirə ediləcəyini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər