Avropa İttifaqı Kiyevə maliyyə yardımının yeni yolunu tapıb
Dünya
210
16:55, Bu gün

Avropa İttifaqı Kiyevə maliyyə yardımının yeni yolunu tapıb

Avropa İttifaqı Slovakiya və Macarıstanın iştirakı, rəyi olmadan Ukraynaya maliyyə vəsaiti ayırmağın alternativ variantını müəyyən edib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Xəbərdə deyilir ki, adıçəkilən iki dövlət əvvəlcədən nəzərdə tutulmuş 90 milyard avro dəyərindəki krediti əngəlləməyə davam etsə belə, Kiyev yenə də Avropa dövlətlərindən maliyyə yardımı alacaq.

Yeni planın təşəbbüskarları hesab edirlər ki, bu addım Ukraynada cari ilin ilk altı ayı ərzində sabitliyin qoruyub saxlamasına şərait yaradacaq.

Məsələ ilə bağlı danışan iki diplomat bildirib ki, Niderlandın maliyyə naziri Eelko Heynen 2029-cu ilədək ikitərəfli yardım çərçivəsində Ukraynaya hər il 3.5 milyard avro vəsait yönəltməyi planlaşdırdığını bəyan edib.

Məlumata görə, həyata keçiriləcək ikitərəfli borc müqavilələri üçün Avropa İttifaqının rəsmi razılığına ehtiyac qalmayacaq.

Xatırladaq ki, fevral ayının axırlarında rəsmi Budapeşt Ukraynanın "Drujba" neft kəmərinin fəaliyyətini dayandırmasına cavab olaraq, Rusiyaya qarşı hazırlanmış 20-ci sanksiya paketinə və Kiyev üçün nəzərdə tutulan 90 milyard avroluq kreditə veto qoymuşdu.

Link kopyalandı!
Son xəbərlər