ABŞ Hərbi Hava Qüvvələrinin altıncı nəsil perspektivli bombardmançı təyyarəsi olan "B-21 Raider"in havada yanacaq doldurmasının ilk videosu sosial şəbəkələrdə yayılıb.
Bu barədə Moderator.az RG.ru nəşrinə istinadən məlumat verir.
Uçuş sınaqları zamanı "B-21"ə "KC-135R Stratotanker" yanacaqdolduran təyyarəsi yanacaq doldurub. Videoda, həmçinin təyyarəni müşayiət edən "F-16" qırıcısını da görmək mümkündür ki, o, "B-21 Raider"in fonunda çox kiçik görünür.
Qeyd edək ki, ilk dəfə yeni bombardmançının prototipini "Northrop Grumman" korporasiyası 2022-ci ilin dekabrında təqdim edib. Bir təyyarənin qiyməti 700-800 milyon dollar, layihənin ümumi dəyəri isə 40-200 milyard dollar olaraq qiymətləndirilir.
Xarici görünüş olaraq "B-21 Raider" öz sələfi "B-2 Spirit" gözəgörünməz-bombardmançısını xatırladır. Lakin "Spirit" ilə müqayisədə onun qanadları daha kiçikdir və bu da onun radar tərəfindən aşkarlanmasını çətinləşdirir. Hazırda iki uçuş prototipi sınaqdan keçirilir. İlk seriya nümunələrinin gələn il buraxılacağı gözlənilir. Pentaqon 100 ilə 1 500 arasında "B-21 Raider" bombardmançı təyyarəsi sifariş etmək niyyətindədir.