Ərdoğan Yaxın Şərqdəki gərginlikdən danışdı
Dünya
366
16:30, Bu gün

Ərdoğan Yaxın Şərqdəki gərginlikdən danışdı

"Bu müharibə bütün regiona yayılmadan dayandırılmalıdır".

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında ABŞ və İsrailin İrana hücumlarını şərh edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər diplomatiyaya şans verilərsə, qarşıya qoyulan məqsədə çatmaq olar. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə tərəfləri danışıqlara qaytarmaq və diplomatiyanı bərpa etmək üçün davamlı səylərini davam etdirir. Prezident bildirib ki, Türkiyə bütün regionda gərginliyin azaldılmasını, sülhü və sabitliyi dəstəkləyir.

"Mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, biz son dərəcə ehtiyatla danışırıq. Türkiyəni ətrafında alovlanan yanğından qorumaq üçün təmkinli davranırıq. Bölgəmizdə cəhd edilən qanlı ssenarilərin, ilk növbədə dinlərarası münaqişələrin qarşısını almaq üçün lazımi tədbirləri görürük", - deyə qardaş ölkənin lideri bildirib.

Link kopyalandı!
Son xəbərlər