Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərq ölkələrində silahlı münaqişə nəticəsində 1 900-dən çox insan həlak olub.
Bu barədə "Əl-Cəzirə" telekanalının İsrail və ABŞ-nin İrana qarşı müharibəsində müxtəlif ölkələrdə ölən və yaralananlar haqqında yaydığı məlumatda bildirilir.
Həmçinin müharibədə təxminən 16 000 insan zərər görüb.
Ən çox ölüm və yaralanma halları İranda qeydə alınıb.
Beləliklə, məlumata əsasən:
İranda - 1255 ölü, 12 000 yaralı;
Livanda - 570 ölü, 1 444 yaralı;
İsraildə - 13 ölü, təxminən 2 000 yaralı;
ABŞ tərəfində - 8 ölü, 140-150 yaralı;
İraqda - 15 ölü, onlarla yaralı;
İordaniyada - 14 yaralı;
Küveytdə - 6 ölü, onlarla yaralı;
Bəhreyndə - 2 ölü, onlarla yaralı;
Səudiyyə Ərəbistanında - 2 ölü, 12 yaralı;
BƏƏ-də - 6 ölü, 122 yaralı;
Qətərdə - 16 yaralı;
Omanda - 1 ölü, 5 yaralı var.