Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi
Dünya
257
12:40, Bu gün

Gürcüstan Azərbaycan və Ermənistan istiqamətindəki yeni yolların inşası üzrə tenderləri ləğv etdi

Gürcüstanın Yol İdarəsi 2024-cü ilin avqustunda elan olunan Rustavi-Tsiteli körpüsünün və Alqeti-Sadaxlı magistral yolunun tikintisi üzrə beynəlxalq tenderləri ləğv edib.
 
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
 
Bundan əlavə, qeyd olunan yolların tikintisinə nəzarət üzrə tender də ləğv edilib. Buna səbəb kimi rəqabətin aşağı olması göstərilib.
 
Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı yolu Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq-Qərb və Cənub-Şimal beynəlxalq yol dəhlizlərinin bir hissəsidir.
 
Yolun göstərilən hissəsi 4 lota bölünüb. Layihə xarici işıqlandırma sistemi ilə təchiz olunmuş 61.3 kilometrlik, 4 zolaqlı beton magistral yolun tikintisini nəzərdə tuturdu. Bundan əlavə, ümumilikdə 26 körpü və 11 nəqliyyat qovşağının tikintisi planlaşdırılmışdı.
 
Hələ 2024-cü ildə Yol İdarəsi tikinti işlərinin 2025-ci ildə başlayacağını və dörd hissəli işlərin 30 ay ərzində mərhələli şəkildə tamamlanacağını elan etmişdi.
 
Layihə Avropa İnvestisiya Bankı və Gürcüstan hökuməti tərəfindən birgə nəzərdə tutulmuşdu. Bu məqsədlə bank 250 milyon avro məbləğində kredit də ayırmışdı.
 
Link kopyalandı!
Son xəbərlər