Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-nin baş prokuroru Pem Bondi artan təhdidlər səbəbindən Vaşinqton yaxınlığındakı hərbi bazaya köçüb.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bondi bildirib ki, o, Vaşinqtondakı mənzilini fevralda tərk edib.
Nəşrin məlumatına görə, Bondi narkotik kartellərinin üzvləri və "Epşteyn işi" ilə bağlı ABŞ administrasiyasının hərəkətlərindən narazı olanlar tərəfindən təhdid edilir. Bildirilib ki, hədə-qorxular ABŞ-nin yanvarda Venesuela prezidenti Nikolas Maduronu həbs etməsindən sonra daha da artıb.
Qeyd olunub ki, Pem Bondi təhlükəsizlik üçün hərbi bazalara köçməyə başlayan ABŞ administrasiyasının rəsmiləri siyahısına qoşulub. "The Atlantic" jurnalının xəbərinə görə, 2025-ci ilin payızında dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və ordu katibi Daniel Driskol da ABŞ hərbi bazalarında yaşayırlar.