ABŞ Rumıniyada əlavə hərbi qüvvələr yerləşdirmək istəyir
Dünya
124
10:40, Bu gün

ABŞ Rumıniyada əlavə hərbi qüvvələr yerləşdirmək istəyir

ABŞ Rumıniya hökumətinə Yaxın Şərqdəki münaqişədə qarşıdakı dövrdə istifadə üçün bu ölkənin şərqindəki Mixail Koqelniçanu aviabazasında əlavə qüvvələr yerləşdirmək məqsədi ilə müraciət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Digi24" telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb.
 
Bildirilib ki, söhbət əlavə qırıcıların və hərbi qulluqçuların yerləşdirilməsindən gedir. Lakin onların sayı açıqlanmır.
 
Xəbərdə qeyd edilir ki, Rumıniya Prezidenti Nikuşor Dan məsələ ilə bağlı bu gün ölkənin Ali Müdafiə Şurasının iclasını çağıracaq.
 
Toplantıda ölkədə ABŞ hərbi qüvvələrinin müvəqqəti yerləşdirilməsinin müzakirəsi aparılacaq.
 
Link kopyalandı!
Son xəbərlər