İranın İsrailə atdığı ballistik raketlərin üzərində görün NƏ YAZILIB
Dünya
238
09:50, Bu gün

İranın İsrailə atdığı ballistik raketlərin üzərində görün NƏ YAZILIB

İranın Press TV televiziya kanalı ABŞ-İsrail qüvvələrinin mövqelərini vurmaq üçün nəzərdə tutulmuş raketin fotosunu yayımlayıb.
 
Moderator.az xəbər verir ki, raketin gövdəsində fars dilində "Epşteyn adası qurbanlarının xatirəsinə" sözləri yazılıb.
 
Qeyd edək ki, bu, amerikalı maliyyəçi Ceffri Epşteyn ətrafında yaranan qalmaqallara işarədir.
 
İran Dövlət Televiziyasının (IRIB) məlumatına görə, martın 11-nə keçən gecə İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərini bombardman etməsi regionda münaqişənin eskalasiyası başlayandan bəri İslam Respublikasının ən irimiqyaslı hücumu olub.
 
37-ci dalğa zamanı "Xürrəmşəhr" raketlərindən istifadə edilib, Təl-Əviv yaxınlığındakı peyk rabitəsi mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri hücuma məruz qalıb. Bundan əlavə, bildirilib ki, ABŞ-nin çoxsaylı hədəfləri, o cümlədən İraqın Ərbil şəhərindəki və Küveytdəki Amerika bazaları bombardmana məruz qalıb.
 
Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sonuncu hücum dalğası zamanı 2 tonluq döyüş başlığına malik raketin buraxıldığını bəyan edib. /Musavat.com/
 
Link kopyalandı!
Son xəbərlər