Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gün İranın İsrail ərazisini və bölgədəki Amerika hərbi obyektlərinə münaqişə başlayandan bəri ən böyük zərbələri endirib.
Moderator.az xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb:
"Dünən gecə həyata keçirilən "Əsl Vəd 4" Əməliyyatının son, 37-ci dalğası, İranın bölgədəki düşmən qüvvələrinə və obyektlərinə qarşı ən böyük əməliyyatı olub".
Telekanalın məlumatına görə, raket və dronlardan istifadə etməklə həyata keçirilən çoxsaylı hücumlar ən azı üç saat davam edib.
Qeyd olunur ki, 37-ci dalğa zamanı 2 tonluq başlıqlarla təchiz olunmuş "super ağır Xorrəmşəhr raketlərindən istifadə edilərək Tel-Əviv yaxınlığındakı peyk rabitə mərkəzinə, Hayfadakı İsrail hərbi obyektlərinə və Qərbi Qüdsə hücum edilib". Bundan əlavə, dövlət televiziyası “İraqın Ərbil şəhərindəki və Küveytdəki ABŞ bazaları da daxil olmaqla, çoxsaylı ABŞ hədəflərinin" bombalandığını bildirir.