ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub
Dünya
156
09:20, Bu gün

ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub

ABŞ-nin Bağdaddakı diplomatik binası pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
 
Bildirilib ki, martın 10-da hərbi baza və hava limanının yaxınlığında yerləşən Bağdad Diplomatik Dəstək Mərkəzinə ümumilikdə altı pilotsuz təyyarə hücum edib, onlardan beşi zərərsizləşdirilib. Qəzetdə qeyd olunub ki, PUA-lardan biri binaya düşüb. İtki barədə məlumat verilməyib.
 
İraqın "Shafaq News" agentliyindən isə bildirilib ki, hərbçilər Bağdad hava limanı yaxınlığında "Viktoriya" hərbi bazasına doğru hərəkət edən üç dronu vurublar. Agentliyin xəbərinə görə, hava hücumundan müdafiə qüvvələrinin ələ keçirə bilmədiyi bir PUA hərbi obyektin yaxınlığına düşüb. ABŞ təhlükəsizlik rəsmisi hücumun İraqdakı İslam Müqaviməti döyüşçüləri tərəfindən törədildiyini bildirib. İraqın Müdafiə Nazirliyi isə hücumu pisləyib.
 
Link kopyalandı!
Son xəbərlər