Rusiyanın İrandakı konsulluğunun əməkdaşları bomba partlayışı nəticəsində xəsarət alıb
Dünya
169
00:19, Bu gün

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları bomba partlayışı nəticəsində xəsarət alıb

Rusiyanın İrandakı konsulluğunun bir neçə əməkdaşı bomba partlayışı nəticəsində yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, 8 martda Rusiyanın İsfahandakı konsulluq binasına hücum olub.

Konsulluq binasına hücum zamanı baş vermiş partlayış dalğası bir neçə nəfərin xəsarət almasına səbəb olub.

Hadisə nəticəsində ölən və ya ciddi xəsarət alan olmayıb.

Link kopyalandı!
Son xəbərlər