02:34
7°C
Bakı
ABŞ-nin Merilend ştatının Baltimor şəhərində naməlum şəxs sinaqoq yaxınlığında insanlara atəş açıb. Baş verən atışma zamanı bir polis zabiti və bir şübhəli yaralanıb.
Moderator.az bu barədə CBS NEWS telekanalına istinadən xəbər verir.
Yaralı polis zabiti xəstəxanaya çatdırılıb.
Baltimor Polis Həmkarlar İttifaqı zabitin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Şübhəlinin vəziyyəti barədə hələlik məlumat yoxdur.