BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
Dünya
279
10 Mar 2026 | 23:40

BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur

İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Moderator.az "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər söhbət əsnasında ABŞ ilə İsrailin İrana qarşı hücumundan sonrakı hadisələr barədə fikir mübadiləsi aparıblar.

Əraqçi vurğulayıb ki, İranın addımları müdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn tanınmış normaları əsasında həyata keçirilir.

Əraqçi daha sonra hərbi təcavüzün BMT Təhlükəsizlik Şurasında pislənilməsinin əhəmiyyətini qabardıb.

Antonio Qurterreş ABŞ və İsrailin İrana qarşı təcavüzkar hücumu barədə danışıb və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyin zəruriliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ barədə heç bir şübhə yoxdur.

Quterreş həmçinin münaqişələrin genişlənməsinin qarşısını almaq, eləcə də onun regiondakı təhlükəsizlik fəsadlarını azaltmaq üçün səy göstərməyin zəruriliyini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər