İranda İsrail və ABŞ xeyrinə casusluqda şübhəli bilinənlərin sayı 40-a çatıb
Dünya
155
10 Mar 2026 | 23:20

İranda İsrail və ABŞ xeyrinə casusluqda şübhəli bilinənlərin sayı 40-a çatıb

İranda İsrail və ABŞ xeyrinə casusluqda şübhəli bilinərək saxlanılan şəxslərin sayı 40-a yüksəlib.

Moderator.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, daha 10 nəfər saxlanılıb. Onların zərbələrin endirildiyi yerləri lentə alaraq görüntüləri "düşmən media qurumları"na göndərdikləri iddia olunur.

Bundan əvvəl İranın Kəşfiyyat Nazirliyi də oxşar ittihamlarla 30 nəfərin saxlanıldığını açıqlamışdı. Bununla da casusluqda şübhəli bilinərək həbs edilənlərin ümumi sayı 40 nəfərə çatıb.

Link kopyalandı!
Son xəbərlər