ABŞ və İsrailin İrana hücumları başlayandan (28 fevral) bəri Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı Məsud Pezeşkian arasında ikinci telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.
Söhbət zamanı Pezeşkian ABŞ və İsrailin törətdiyi cinayətlərin beynəlxalq aləmdə qınanmasını qabardıb. Putin isə müharibənin sona çatması məqsədilə hər cür yardıma hazır olduğunu elan edib.
İran və Rusiya prezidentləri telefon danışığında ikitərəfli əməkdaşlığın ən mühüm məsələləri, eləcə də hücumlardan sonrakı regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Rusiya Prezidenti ölkəsinin İrana qarşı hərbi təcavüzə qarşı olduğunu bir daha xatırlatmaqla yanaşı, lazımi yardımları göndərməyə, habelə regionda münaqişələrin ən qısa zamanda başa çatması üçün hər cür dəstəyə hazır olduğunu elan edib.
Pezeşkian Rusiyanın mövqeyini yüksək qiymətləndirib.
Tərəflər həmçinin ali səviyyələrdə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.