Türkiyə parlamentində İranla bağlı keçirildi
Dünya
166
22:15, Bu gün

Türkiyə parlamentində İranla bağlı keçirildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında ABŞ və İsrailin İrana qarşı hücumları, eləcə də regiondakı son vəziyyət qapalı iclasda müzakirə olunub.

Moderator.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, təxminən dörd saat davam edən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler deputatları məlumatlandırıblar.

İclas parlamentin sədri Numan Kurtulmuşun rəhbərliyi ilə keçirilib və regiondakı hadisələr geniş şəkildə müzakirə edilib.

Məlumatlandırmadan sonra parlamentdə təmsil olunan siyasi partiyaların qrup nümayəndələri və fraksiyası olmayan partiyalardan iki deputat çıxış edərək mövqelərini bildiriblər.

Qapalı iclasdan sonra parlament sədrinin müavini Pervin Buldan növbəti iclasın sabah saat 14:00-da keçiriləcəyini elan edib.

Link kopyalandı!
Son xəbərlər