Paşinyan Makronla birgə iqtisadi layihələrin həyata keçirilməsini müzakirə edib
Dünya
156
22:00, Bu gün

Paşinyan Makronla birgə iqtisadi layihələrin həyata keçirilməsini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Moderator.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin dəftərxanası məlumat yayıb.

Məlumata əsasən, həmsöhbətlər Ermənistan-Fransa münasibətlərini müzakirə ediblər. Xüsusilə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadiyyat və infrastruktur sahələrində birgə proqramların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin regional hadisələri müzakirə edib, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Paşinyan və Makron Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişaf perspektivlərinə də toxunublar. Hər iki tərəf müxtəlif istiqamətlərdə tərəfdaşlığın dərinləşdirilməsinin və birgə təşəbbüslərin səmərəli şəkildə inkişafının əhəmiyyətini qeyd edib.

Link kopyalandı!
Son xəbərlər