Ukrayna ordusunun Bryanska raket zərbələri endirib
Dünya
152
21:40, Bu gün

Ukrayna ordusunun Bryanska raket zərbələri endirib

Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə raket zərbəsi endirməsi nəticəsində iki nəfər ölüb, azı 13 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Məlumata görə Ukraynanın atdığı "Storm Shadow" raketləri ilə mikroelektronika zavodu hədəf alınıb.

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Bryanskda raket idarəetmə sistemləri istehsal edən zavodu vurduğunu açıqlayıb.

Link kopyalandı!
Son xəbərlər