Zelenski:
Dünya
186
20:45, Bu gün

Zelenski: "Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar hələlik növbəti həftəyə təxirə salınıb.

Moderator.az "Yevropeyskaya pravda"ya istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə jurnalistlərin suallarını onlayn cavablandırarkən deyib.

Dövlət başçısı məlumat verib ki, danışıqların Türkiyədə çərşənbə axşamı və ya çərşənbə günü keçirilməsi planlaşdırılırdı, lakin Yaxın Şərqdəki müharibə səbəbindən ABŞ tərəfinin təşəbbüsü ilə təxirə salınıb.

"Biz Türkiyəyə getməyə hazır idik. Bu görüşü təxirə saldılar. Məhz ABŞ tərəfi dedi: "Gəlin növbəti həftə edək". Bu, hazırda olan məlumatdır", - deyə Zelenski qeyd edib.

Link kopyalandı!
Son xəbərlər