Dünya
437
19:45, Bu gün

"Tehran bombaya malikdir": Tramp çaşqın vəziyyətdə - Vaşinqton belə ssenarini gözləmirdi" - "Neue Zürcher Zeitung"

"İran müharibəsinin nəticəsi ABŞ-ın güclənməsi, dalan və ya Çin-Rusiya tandeminə üstünlük gətirə bilər..."

ABŞ və İsrailin Tehran rejiminə qarşı hərbi kampaniyasının nəticəsi yalnız Yaxın Şərqi deyil, bütövlükdə qlobal geosiyasi balansı dəyişə bilər.

Moderator.az xəbər verir ki, bu barədə İsveçrənin "Neue Zürcher Zeitung" nəşri yazıb.

Nəşr hesab edir ki, ən pis ssenaridə ABŞ müharibədən zəifləyərək çıxa bilər və bu, xüsusilə Rusiya və Çin üçün böyük geosiyasi qazanc demək olacaq. Hazırda dünyanın diqqəti hərbi əməliyyatların gedişinə yönəlib. Lakin nəşr qeyd edir ki, əsas məsələ müharibənin özü deyil, onun nəticəsində qlobal güc balansının necə dəyişəcəyidir. Nəşr gələcək üçün üç mümkün ssenari təqdim edir.

Birinci ssenari: müharibə tez bitir və gərginlik azalır

Müsbət variantda İran prezidenti Məsud Pezeşkian ölkə daxilində islahatçı qüvvələrlə anlaşma əldə edir və siyasi dəyişikliklər baş verir. Bu halda Tehran nüvə proqramını dayandırmağa və beynəlxalq nəzarətə razılaşa bilər.

Buna cavab olaraq ABŞ və Avropa İttifaqı sanksiyaları yumşaldar, İran iqtisadiyyatı isə tədricən sabitləşər. Enerji bazarlarında da vəziyyət sakitləşər və neft qiymətləri müharibənin əvvəlindəki sıçrayışdan sonra yenidən aşağı düşər.

İkinci ssenari: müharibə dalana dirənir

Neytral ssenaridə İran hakimiyyəti ölkə üzərində nəzarəti itirmir və müharibə uzunmüddətli qarşıdurmaya çevrilir. İnqilab Keşikçiləri raket və dron hücumlarını davam etdirir, lakin həlledici nəticə əldə olunmur.

Bu vəziyyətdə Hörmüz boğazı ətrafında gərginlik artır və neft qiymətləri 100 dolları keçir. ABŞ prezidenti Donald Tramp isə daxili siyasi səbəblərə görə müharibədən tez çıxmaq istəyir. Belə bir vəziyyət xüsusilə Çin üçün əlverişli sayılır, çünki Vaşinqton diqqətini Sakit okean regionuna yönəldə bilmir.

Üçüncü ssenari: qlobal qarşıdurma və yeni dünya nizamı

Ən təhlükəli ssenaridə müharibə genişlənərək qlobal qarşıdurmaya çevrilir. Çin ABŞ-ın diqqətinin Yaxın Şərqə yönəlməsindən istifadə edərək Tayvan üzərində təzyiqi artırır. Eyni zamanda Rusiya və Çin pərdəarxası şəkildə İrana dəstək verə bilər.

Enerji qiymətləri kəskin yüksələr, maliyyə bazarlarında böhran yaranar və qlobal iqtisadiyyat zəifləyər. Bu ssenaridə bir neçə ildən sonra Tehran nüvə silahına sahib olduğunu elan edə bilər. Nəticədə Səudiyyə Ərəbistanı də öz nüvə proqramını başladar və region böyük güclərin qarşıdurma meydanına çevrilər.

Nəşrin fikrincə, Donald Tramp əsasən birinci ssenarinin baş verəcəyinə ümid edir. Lakin daha real variant münaqişənin dalana dirənməsi və uzun müddət davam edən geosiyasi qeyri-müəyyənlikdir. Buna baxmayaraq, nəşr xəbərdarlıq edir ki, ən təhlükəli ssenarini də tam istisna etmək mümkün deyil və Avropa İttifaqı belə bir ehtimala hazır olmalıdır.

Link kopyalandı!
Son xəbərlər