Dünya
253
19:35, Bu gün

"British Airways" Yaxın Şərq ölkələrinə reysləri azaldır

"British Airways" aviaşirkəti ABŞ, İsrail və İran arasında davam edən döyüş əməliyyatları ilə əlaqədar təhlükə səbəbindən Yaxın Şərq ölkələrinə reyslərin sayının müvəqqəti azaldıldığını elan edib.

Moderator.az xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında bildirilib.

Cari ayın sonunadək Əmman, Bəhreyn, Doha, Dubay və Təl-Əvivə və əks istiqamətə olan bütün reyslər ləğv edilib, Əbu-Dabiyə və əks istiqamətdə olan reyslər isə ilin sonunadək dayandırılıb.

Qeyd olunub ki, Maskatdan (Oman) Londonun Hitrou hava limanına geri dönüş reysləri tələbatın azalması səbəbindən martın 12-dən sonra dayandırılacaq.

Link kopyalandı!
Son xəbərlər