İvanna Ortizdən dünyaşöhrətli müğənni ilə bağlı:
Dünya
227
18:50, Bu gün

İvanna Ortizdən dünyaşöhrətli müğənni ilə bağlı: "Rihanna cadugərdir"

ABŞ-dən olan bloqer İvanna Ortiz öz "YouTube" kanalında paylaşılan videoda dünyaşöhrətli müğənni Rihannaya qarşı törədilən hücumun kifayət qədər "qəribə" səbəblərini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "New York Post" yayımlayıb.

İvanna Ortizdən dünyaşöhrətli müğənni ilə bağlı: Rihanna cadugərdir

İvanna Ortiz iddia edib ki, Rihanna ifa etdiyi musiqilərlə insanlara təsir göstərən bir cadugərdir. İfaçının evinə silahlı hücum edən qadın, həmçinin onun "şeytan simasına" malik olduğunu vurğulayıb.

Bloqer fikirlərini bu cür ifadə edib:

"O, musiqilərini heç bir zaman insanlara xitab etmək üçün yaratmayıb. Bu kiçik musiqi parçaları yalnız cadugərlik məqsədi daşıyır...

Xahiş edirəm, hər kəs dayansın! Onu dinləməyin və ardınca getməyin..."

Xatırladaq ki, bir gün öncə media yerli polisə istinadla avtomobildəki qadının müğənninin iqamətgahına tərəf atəş açması barədə məlumat yaymışdı. "AR 15" markalı tüfəngdən açılan güllələr divara tuş gəlib. İnsident baş verərkən Rihanna öz evində olub.

Polisin verdiyi məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb. Silahlı insidentdə şübhəli bilinən şəxs dərhal nəzarətə götürülüb. Lakin hücumun dəqiq motivi hələlik tam açıqlanmayıb.

Hadisədən bir müddət sonra yayılan xəbərlərdə Rihannanın Los-Ancelesdə yerləşən mülkündəki silahlı hücum səbəbindən şəxsi təhlükəsizlik tədbirlərini daha da artırdığı bildirilib.

Link kopyalandı!
Son xəbərlər