20:23
6°C
Bakı
Toronto şəhərinin mərkəzində naməlum şəxs ABŞ konsulluğunun binasına bir neçə dəfə atəş açıb.
Moderator.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, hadisə yerində təxminən 10 giliz aşkar edilib, binanın qapısında zədələr qeydə alınıb.
Xəsarət alan olmayıb.
Bildirilir ki, şübhəli şəxs hələ saxlanılmayıb, hücumun səbəbləri araşdırılır.
Toronto meri Olivia Çou bildirib ki, təhlükəsizlik tədbirləri yalnız ABŞ, həm də İsrail konsulluğunda gücləndirilib.