İranın zərbələri nəticəsində İsraildə iki azərbaycanlı həlak olub?
Dünya
211
18:35, Bu gün

İranın zərbələri nəticəsində İsraildə iki azərbaycanlı həlak olub?

İranın İsrailin mərkəzi hissəsinə endirdiyi raket zərbəsi nəticəsində iki nəfər həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Bildirilir ki, hadisə bazar ertəsi baş verib. İranın kaset döyüş başlıqlı ballistik raketinin submərmiləri İsrailin mərkəzində yerləşən Yehud, Or-Yehuda, Holon və Bat-Yam şəhərlərində ən azı altı fərqli nöqtəyə düşüb.

Zərbə zamanı tikinti sahəsində çalışan iki nəfərin həlak olduğu bildirilir. Qəzetin məlumatına görə, bunlar Petah-Tikva şəhərinin 40 yaşlarında olan sakinləri Rüstəm Qulamov və Amid Murtuzovdur. Onların azərbaycanlı olduqları ehtimal edilir. Biri hadisə yerində həyatını itirib, ağır yaralanan digər şəxs isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

Məlumata əsasən, zərbə anında onlar sığınacaqda olmayıblar. İsrailin Daxili Cəbhə Komandanlığının rəhbəri Şai Klapper bildirib ki, tikinti sahəsində olan onlarla digər işçi sığınacaqlara daxil olduqları üçün xilas ola biliblər.

Link kopyalandı!
Son xəbərlər