Britaniya Aralıq dənizinin şərqinə desant gəmisi göndərir
Dünya
191
17:50, Bu gün

Britaniya Aralıq dənizinin şərqinə desant gəmisi göndərir

Böyük Britaniya Yaxın Şərqdəki münaqişə fonunda "RFA Lyme Bay" böyük desant gəmisini Aralıq dənizinin şərqinə göndərməyə hazırlaşır.

Moderator.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Biz ehtiyat tədbiri olaraq "RFA Lyme Bay"ı yüksək hazırlıq vəziyyətinə gətirmək qərarına gəldik ki, Aralıq dənizinin şərqində tapşırıqlarının yerinə yetirilməsi üçün gəmidən istifadə zərurəti yaranarsa, hazır olaq", - deyə xəbərdə bildirilib.

"Navy Lookout" portalının məlumatına görə, köməkçi donanmanın tərkibinə daxil olan və Britaniya tərəfindən tez-tez humanitar yardım göstərilməsində və ya üzən xəstəxana kimi istifadə edilən "RFA Lyme Bay" gəmisi hazırda Cəbəllüttariqdədir.

Nəşrin məlumatına görə, bu, hazırda Aralıq dənizində yerləşən yeganə Britaniya hərbi gəmisidir. Portal gəminin Livandan Britaniya vətəndaşlarının təxliyəsi üçün istifadə oluna biləcəyini ehtimal edib.

Eyni zamanda, sözügedən gəminin aviasiya üçün platforma kimi istifadə olunması da istisna edilmir. "Sky News" qeyd edib ki, gəmi Kiprin yaxınlığında olan Fransa aviadaşıyıcı qrupunun tərkibinə daxil ola bilər.

Link kopyalandı!
Son xəbərlər